ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, rəsmi Vaşinqton Nikaraquada sonuncu "Vətəndaşlar azadlıq uğrunda" böyük müxalifət partiyasına qadağa qoyulmasından sonra azad seçkilərin keçirilməsinə inanmır.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.
"Prezident Daniel Orteqa və vitse-prezident Rosario Murilyonun 6 avqust tarixində sonuncu müxalifət partiyasının noyabr ayında iştirak etməsinə qadağa qoyma qərarı nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq istəyini vurğulayır. Bu avtokratik manevr 7 prezidentliyə namizədin və 24 digər müxalifətçinin, insan hüquqları uğrunda mübarizə aparan fəalların, biznesmenlərin, tələbələrin və QHT işçiləri son iki ayda saxlanılmasından sonra baş verir", - Blinken deyib.
Onun sözlərinə görə, ABŞ bu hərəkətləri "azad və ədalətli seçkilərin perspektivlərinə son zərbələr" hesab edir.