Bişkekdə toyda zəhərlənənlərin sayı 230-u keçib

Bişkekdə toyda zəhərlənənlərin sayı 230-u keçib Bakı. 3 aprel. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə yerləşən nüfuzlu restoranlardan birində keçirilən toy mərasimində verilən keyfiyyətsiz qidadan zəhərlənənlərin sayı 230 nəfəri keçib.
Digər ölkələr
3 Aprel , 2018 15:19
Bişkekdə toyda zəhərlənənlərin sayı 230-u keçib
РИА Новости

Bakı. 3 aprel. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə yerləşən nüfuzlu restoranlardan birində keçirilən toy mərasimində verilən keyfiyyətsiz qidadan zəhərlənənlərin sayı 230 nəfəri keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Jıldız Ayqerçinova məlumat verib.

"Regionda xəstəxanaya yerləşdirilənlərin sayını 34 nəfər artırdıq", - deyə J.Aygerçinova bildirib.

Onun sözlərinə görə, regionlar üzrə zəhərlənənlərin sayı artıb və 234 nəfərə çatıb.

Həkimlərin məlumatına görə, zəhərlənmə halının bu cür iri miqyaslı olması toya dəvətlilərin ənənəvi qaydada qidaların qalıqlarını özləri ilə aparması və ailə üzvlərinə də verməsi ilə bağlıdır. Hazırda xəstəxanaya yerləşdirilənlərin vəziyyəti normallaşır, yaxın vaxtlarda onların bir hissəsinin xəstəxanadan çıxacağı gözlənilir.

Xatırladaq ki, keçən həftə Bişkekdə toy mərasiminə qatıldıqdan sonra 150-dən çox ada tibbi yardım üçün müraciət edib. Həkimlərin məlumatına görə, mərasimə ümumilikdə 190 qonaq dəvət edilib, onlar ölkənin müxtəlif bölgələrindən gəliblər.

Son xəbərlər

Orphus sistemi