Bişkekdə Çin səfirliyi yanında partlayış baş verib, 1 nəfər ölüb, 2-si yaralanıb - VİDEO

Bişkekdə Çin səfirliyi yanında partlayış baş verib, 1 nəfər ölüb, 2-si yaralanıb - VİDEO Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb
Digər ölkələr
142
30 Avqust , 2016 08:35
Bişkekdə Çin səfirliyi yanında partlayış baş verib, 1 nəfər ölüb, 2-si yaralanıb - VİDEO

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Bu gün Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Şəhər Daxili İşlər İdarəsinə istinadən TASS məlumat yayıb.

"Ölən və yaralananlar, həmçinin partlayışın gücü və xarakteri barədə hələ heç nə məlum deyil. Biz hazırda hadisə yerinə yollanırıq və bir müddətdən sonra vəziyyət aydınlaşacaq", - deyə idarənin mətbuat katibi Oljobay Kazabayev bildirib.

Son xəbərlər

Orphus sistemi