Sadəcə şənbə günü İspaniyanın Kanar adalarına 1 000-dən çox miqrant axın edib.
“Report” xəbər verir ki, bu barədə
Bildirilib ki, Afrikanın şimal-qərbində yerləşən adada lövbər salan təqribən min nəfərdən 320-si sadəcə bir qayıqda adaya çatıb. Xilasedicilərin sözlərinə görə, bu onların indiyədək gördüyü ən dolu qayıq olub. Köçkünlərin sağlamlığı ilə məşğul olan Qızıl Xaç taxtadan olan qayığın rekord sayda insan daşıdığını, öncəki böyük sayın oktyabrın 3-də qeydə alındığını (271 nəfər) açıqlayıb.
Qızıl Xaçın məlumatına görə, şənbə günü El-Yerroya 783, Tenerifeyə 98, Qran-Kanariyaya isə 150 nəfər gəlib.
“Reuters” nəql edib ki, Atlantik arxipelaqının yeddi adası İspaniyaya çatmağa çalışan miqrantların əsas təyinat nöqtəsinə çevrilib. Qeyd olunub ki, bu il Seneqal və digər Afrika ölkələrindən keçid cəhdlərində artım müşahidə olunub.
Rəsmi məlumata əsasən, cari ilin yanvarın 1-dən oktyabrın 15-dək adalar 23 537 nəfəri qəbul edib ki, bu da öncəki ilin analoji dönəmi ilə müqayisədə 80 % çoxdur.
“Walking Borders” xeyriyyə təşkilatının verilənlərinə görə, bu il sərhədi keçmək istəyən azı 1 000 nəfər ölüb.
Agentlik xatırladıb ki, oktyabrın 19-da İspaniyanın miqrasiya naziri əvəzi Kanar adalarına “fövqəladə miqrant axını”nın öhdəsindən gəlməsi üçün 50 milyon avro yardım paketi ayıracağını açıqlayıb.