Binyamin Netanyahuya ittiham irəli sürülüb

Binyamin Netanyahuya ittiham irəli sürülüb İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahuya qarşı üç iş üzrə ittiham irəli sürüb.
Digər ölkələr
21 Noyabr , 2019 22:22
Binyamin Netanyahuya ittiham irəli sürülüb

İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahuya qarşı üç iş üzrə ittiham irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Baş nazir vəzifə səlahiyyətlərindən sui-istifadə, o cümlədən rüşvət almaqda günahlandırılır. Təqsirləndirilməsinə baxmayaraq Netanyahu istefa vermək niyyətində olmadığını söyləyib.

Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var.

Son xəbərlər

Orphus sistemi