Binyamin Netanyahu məhkəmə qarşısına çıxır

Binyamin Netanyahu məhkəmə qarşısına çıxır Bu gün İsrailin Baş naziri Binyamin Netanyahu korrupsiya davası ilə bağlı ilk dəfə məhkəmə qarşısına çıxır
Digər ölkələr
5 Aprel , 2021 13:27
Binyamin Netanyahu məhkəmə qarşısına çıxır
Binyamin Netanyahu

Bu gün İsrailin Baş naziri Binyamin Netanyahu korrupsiya davası ilə bağlı ilk dəfə məhkəmə qarşısına çıxır.

“Report” “BBC”-yə istinadən xəbər verir ki, 71 yaşlı B.Netanyahuya qarşı üç dava çərçivəsində rüşvətxorluq, dələduzluq, etimaddan sui-istifadə ittihamları irəli sürülüb.

Davalardan biri iş adamlarından hədiyyə qismində bahalı siqar və Şampan şərabı qəbul etməsi, ikincisi “Yediot Ahronot” qəzetinə müsbət imicini yaratmaq müqabilində yayılmasına dəstək vermək təklif etməsi, üçüncüsü də “Bezeq” telekom şirkətinin baş səhmdarı Şaul Eloviçə məxsus “Walla” xəbərlər saytında müsbət xəbərlər müqabilində Ş.Eloviçin xeyrinə tənzimləyici qərarlar verməsi iddia olunur.

B.Netanyahu bütün ittihamları rədd edərək siyasi rəqiblərin ona qarşı “əcinnə ovu” olaraq dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi