Binəli Yıldırım ABŞ-ın yeni prezidentini Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyə çağırıb

Binəli Yıldırım ABŞ-ın yeni prezidentini Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyə çağırıb "Əminəm ki, bu, iki ölkə üçün yeni başlanğıc olacaq"
Digər ölkələr
9 Noyabr , 2016 13:14
Binəli Yıldırım ABŞ-ın yeni prezidentini Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyə çağırıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı qələbə münasibətilə təbrik edib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, B.Yıldırım təbrikində Türkiyədə iyulun 15-də uğursuz dövlət çevrilişinə cəhdin başında duran və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tezliklə ölkəsinə ekstradisiya edilməsinə çağırıb: "Əminəm ki, ABŞ-la əlaqələri pozan dövlət çevrilişinin səbəbkarını tez bir zamanda ölkəmizə ekstradisiya etsəniz, bu, iki ölkə üçün yeni başlanğıc olacaq".

Son xəbərlər

Orphus sistemi