Yuxarı

​Bi Bi Kingin zəhərlənməsi faktı təsdiqlənərsə, ABŞ onun ölümü ilə bağlı araşdırma aparacaq

Bir qədər əvvəl mərhumun vəkili onun qızlarının atalarının öldürüldüyü barədə iddiaları gülünc adlandırmışdı

Bakı. 26 may. REPORT.AZ/ Əgər ekspertiza Bi Bi Kingin ölümündə zorakılıq əlamətlərini aşkar edərsə, onda ABŞ-ın Nevada ştatının hakimiyyət orqanları onun ölümü ilə bağlı araşdırma aparacaq. "Repot" TASS-a istinadən xəbər verir ki, müvafiq qərar musiqiçinin qızları Patti King və Karen Villiams atalarının qətlində Kingin köməkçisinin əli olduğu barədə iddialarından sonra qəbul edilib.

"Hal-hazırda bizim əlimizdə onun ölümündə zorakılıq əlamətlərinin olması haqda heç bir dəlil yoxdur, NBC TV kanalına əyalət rəsmisi Clark John Fadenberg bildirib. - Lakin, bu fərziyyələri nəzərə alırıq".

Hüquq-mühafizə orqanlarının dediyinə görə, "ölüm səbəbləri tam aydın olmayana qədər istintaq başlana bilməz".

Qeyd edək ki, bir qədər əvvəl musiqiçinin qızları atalarının zəhərləndiyini bildiriblər. Onlar bu işdə atasının iki köməkçisini ittiham edirdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi