Beyrutda limanda yenə yanğın olub

Beyrutda limanda yenə yanğın olub Livanın paytaxtı Beyrutda limanda yenidən yağın olub.
Digər ölkələr
337
10 Sentyabr , 2020 15:30
Beyrutda limanda yenə yanğın olub
0 : 00
0 : 00

Livanın paytaxtı Beyrutda limanda yenidən yanğın olub.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

Bildirilib ki, yanğının tüstüsü şəhərin müxtəlif yerlərindən görünür. Yanğının səbəbi ilə bağlı heç bir informasiya yayılmayıb.

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 190 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq ammonium - nitrat və digər maddələrin yanması partlayışa səbəb olub.

Orphus sistemi