Beynəlxalq Məhkəmədə İranın ABŞ sanksiyalarının dayandırılması tələbi ilə dinləmələr başlayıb

Beynəlxalq Məhkəmədə İranın ABŞ sanksiyalarının dayandırılması tələbi ilə dinləmələr başlayıb Bakı. 27 avqust. REPORT.AZ/ BMT-nin Beynəlxalq Məhkəməsində İranın ABŞ-ın birtərəfli sanksiyalarının dayandırılmasını tələb etdiyi iş üzrə dinləmələr başlayıb.
Digər ölkələr
27 Avqust , 2018 14:40
Beynəlxalq Məhkəmədə İranın ABŞ sanksiyalarının dayandırılması tələbi ilə dinləmələr başlayıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ BMT-nin Beynəlxalq Məhkəməsində İranın ABŞ-ın birtərəfli sanksiyalarının dayandırılmasını tələb etdiyi iş üzrə  dinləmələr başlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, dinləmələr avqustun 30-dək davam edəcək.

Tərəflərin hər birinə mövqelərini təqdim etmək üçün dörd saat yarım vaxt veriləcək. 

Xatırladaq ki, İran bu iddia ilə Beynəlxalq Məhkəməyə hələ iyulda müraciət edib. İddianın yekun məqsədi Məhkəmənin ABŞ-ın 1955-ci ilin "Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları haqqında" ikitərəfli saziş üzrə öhdəliklərini pozduğunu etiraf etməsi, Vaşinqtonun bütün sanksiyalarının ən qısa zamanda ləğv edilməsi, eləcə də yeni sanksiya tətbiqi hədəsindən imtinadır.

Müvəqqəti tədbir kimi, Tehran ABŞ-ın əsasən sərnişin təyyarələrinin, onlar üçün ehtiyat hissələri və avadanlıqların satışı və ya lizinqi ilə bağlı birtərəfli sanksiyalarının dayandırılmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi