ABŞ-ın başçılıq etdiyi koalisiya qoşunların İraqdan çıxarılmasını elan edib

ABŞ-ın başçılıq etdiyi koalisiya qoşunların İraqdan çıxarılmasını elan edib ABŞ-ın başçılıq edilən beynəlxalq koalisiya İraq hakimiyyətinin tələblərini yerinə yetirərək qoşunlarını bu ölkənin ərazisindən çıxaracağını bildirib.
Digər ölkələr
237
7 Yanvar , 2020 00:29
ABŞ-ın başçılıq etdiyi koalisiya qoşunların İraqdan çıxarılmasını elan edib

ABŞ-ın başçılıq edilən beynəlxalq koalisiya İraq hakimiyyətinin tələblərini yerinə yetirərək qoşunlarını bu ölkənin ərazisindən çıxaracağını bildirib.

“Report”un məlumatına görə, bu barədə koalisiyanın qərargahından İraq hərbçilərinə verilmiş məktuba istinadən “Reuters” agentliyi bildirib.

"Sizin bizdən qoşunları çıxarmağı tələb edən suveren qərarınıza hörmət edirik", - sənəddə deyilir. 

Bildirilir ki, koalisiyanın qüvvələri "ən yaxın günlərdə və həftələr ərzində" yerini dəyişdirəcək.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkənin qanunverici orqanı eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib.

Son xəbərlər

Orphus sistemi