Yuxarı

Beynəlxalq koalisiya "İslam Dövləti"nə 16 zərbə endirib

Zərbələr əsasən Rakka şəhərinə yaxın ərazilərə yönəlib

Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq koalisiya qüvvələri "İslam Dövləti" qruplaşmasının mövqelərinə 16 avia zərbə endirib.

"Report"-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, zərbələr əsasən Suriyanın şimalında "İslam Dövləti"nin özünə paytaxt elan etdiyi Rakka şəhərinə yaxın ərazilərə yönəlib.

Qeyd edək ki, son bil il ərzində "İslam Dövləti" terror təşkilatı İraqda və Suriyada əhəmiyyətli əraziləri ələ keçirib.

Beynəlxalq koalisiya qüvvələri terrorçuların mövqelərinə avia zərbələr endirməklə terrorçuların qərargahlarını məhv etmək istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi