Beynəlxalq koalisiya İraqda İŞİD-in üç düşərgəsini məhv edib

Beynəlxalq koalisiya İraqda İŞİD-in üç düşərgəsini məhv edib ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq hökumətinin köməyi ilə hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının bu ölkədəki düşərgələrini məhv edib.
Digər ölkələr
21 İyun , 2020 08:56
Beynəlxalq koalisiya İraqda İŞİD-in üç düşərgəsini məhv edib

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq hökumətinin köməyi ilə hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının bu ölkədəki düşərgələrini məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların başçılıq etdiyi ölkələr qrupunun İraqda və Suriyada keçirdiyi "Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının bəyanatında bildirilir.

"İraq hökuməti razılaşma ilə koalisiyanın təyyarəsi İraqda Aş-Şay Vadisində İŞİD-in üç düşərgəsini məhv etdi", - qərargahda bildiriblər. Qeyd edilir ki, İŞİD-in mövqelərinə hər aviazərbə yalnız İraq hökuməti tərəfindən müvafiq sorğu əsasında olur.

Son xəbərlər

Orphus sistemi