Yuxarı
    Bağlamaq

    Beynəlxalq cinayət məhkəməsi Keniya prezidentinin üzərindən bütün ittihamları götürüb

    O, 2007-ci ilin sonu - 2008-ci ilin əvvələrində seçkilərdən sonra iğtişaşların təşkil olunmasında ittiham olunurdu

    Bakı. 6 dekabr. REPORT.AZ/ Beynəlxalq cinayət məhkəməsi Keniya prezidenti Uhuru Kenyattanın üzərindən insanlığa qarşı cinayət törətməklə bağlı bütün ittihamları götürüb.

    "Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, qərar prokurorluğun məhkəməyə mövqeləri möhkəmləndirmək və ya U.Kenyattanın üzərindən ittihamları qaldırmaq üçün bir həftə müddət verməsindən iki gün sonra elan olunub. 

    Qeyd edək ki, Keniyanın prezidenti 2007-ci ilin sonu - 2008-ci ilin əvvələrində seçkilərdən sonra iğtişaşların təşkil olunmasında ittiham olunub. Həmin hadisələr zamanı 1100 nəfər ölüb, yarım milyon insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi