Avropanın 19 ölkəsi Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb

Avropanın 19 ölkəsi Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb Bakı. 5 fevral. REPORT.AZ/ Avropanın 19 ölkəsi Venesuela Milli Məclisinin başçıs Xuan Quaydonu bu ölkənin müvəqqəti prezidenti kimi tanıdığını təsdiq edən birgə bəyanat qəbul edib.
Digər ölkələr
9046
5 Fevral , 2019 01:48
Avropanın 19 ölkəsi Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb

Bakı. 5 fevral. REPORT.AZ/ Avropanın 19 ölkəsi Venesuela Milli Məclisinin başçıs Xuan Quaydonu bu ölkənin müvəqqəti prezidenti kimi tanıdığını təsdiq edən birgə bəyanat qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveç və Xorvatiya imzalayıb.

Daha əvvəl bildirilib ki, İtaliya Avropa İttifaqının (Aİ) Venesuela parlamentinin sədri Xuan Quaydonun ölkənin müvəqqəti prezidenti kimi tanınması ilə bağlı bəyanatını bloklayıb. 

Son xəbərlər

Orphus sistemi