Bəşşar Əsəd prezident seçkilərində qələbəsini şərh etdi

Bəşşar Əsəd prezident seçkilərində qələbəsini şərh etdi Suriyada mayın 26-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Bəşşar Əsəd nəticələrin elan edilməsindən sonra ölkə vətəndaşlarına təşəkkür edib.
Digər ölkələr
28 May , 2021 03:09
Bəşşar Əsəd prezident seçkilərində qələbəsini şərh etdi

Suriyada mayın 26-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Bəşşar Əsəd nəticələrin elan edilməsindən sonra ölkə vətəndaşlarına təşəkkür edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, Bəşşar Əsəd bildirib ki, ölkənin tarixində yeni mərhələ başlanır.

"Bütün suriyalılara yüksək vətənpərvərlik hissləri və xalq iradəsindəki nəzərə çarpan iştirakına görə təşəkkür edirəm", - deyə Əsəd seçicilərə minnətdarlığını ifadə edib.

Əsəd həmçinin müharibədə həlak olmuş suriyalıların xatirəsini yad edib. Dövlət başçısı qeyd edib ki, onlar olmasaydı, Suriya qalmazdı. Bəşşar Əsəd döyüşlərdə yaralananlara sağalmalarını arzulayıb.

"Sabahdan Suriyanı olduğu kimi qurmaq ümidini gücləndirmək üçün iş mərhələsinə başlayaq", - prezident əlavə edib.

Suriyada 2000-ci ildən prezident postunu tutan Əsəd son seçkilərdə seçicilərin 95,1% səsini qazanaraq, daha yeddi il müddətinə dövlət başçısı seçilib. Ölkədə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-dan gecə yarısınadək işləyib. Rəsmi məlumatlara görə, səsvermə bütün əyalətlərdə qanun pozuntuları olmadan keçirilib.

Son xəbərlər

Orphus sistemi