Bəşər Cəfəri: "Suriya ölkədə İraq və Liviyanın aqibətinin təkrarlanmasına izn verməyəcək"

Bəşər Cəfəri: "Suriya ölkədə İraq və Liviyanın aqibətinin təkrarlanmasına izn verməyəcək" "Biz heç kimə izn vermərik ki, İraq və Liviyada törədilənləri bizim başımıza gətirsinlər"
Digər ölkələr
11 Aprel , 2018 02:56
Bəşər Cəfəri: Suriya ölkədə İraq və Liviyanın aqibətinin təkrarlanmasına izn verməyəcək

Bakı. 11 aprel. REPORT.AZ/ Suriya ölkənin İraq və Liviyanın başına gətirilən xaraba qoyma və hakimiyyəti dəyişdirmək ssenarisinin ölkədə təkrarlanmasına izn verməyəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.

"Mən Qərb ölkələrinə demək istərdim ki, sizin təcavüz təhdidləriniz, hiylələriniz, yalanlarınız və terrorunuz bizi heç bir zaman bu təşkilatın qurucu dövlətlərindən biri kimi hüquqlarımızdan dönmək və milli konstitusiyaya uyğun olaraq öhdəliklərimizi yerinə yetirmək, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq, istənilən təcavüzdən müdafiə olunmaq yolundan döndərə bilməz. Biz heç kimə – TŞ-nin daimi və ya qeyri-daimi üzvünə izn vermərik ki, İraq və Liviyada törədilənləri bizim başımıza gətirsinlər", — deyə o BMT TŞ-nin iclasında bildirib.

Son xəbərlər

Orphus sistemi