Beş ölkənin XİN rəsmiləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edib

Beş ölkənin XİN rəsmiləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edib ABŞ dövlət katibinin müavini Vendi Şerman Parisdə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Ceyms Kleverli, Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis, İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Ettore Françesko Sekui və F
Digər ölkələr
107
8 May , 2022 04:17
Beş ölkənin XİN rəsmiləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edib

ABŞ dövlət katibinin müavini Vendi Şerman Parisdə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Ceyms Kleverli, Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis, İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Ettore Françesko Sekui və Fransa Xarici İşlər Nazirliyinin baş katibi Fransua Delatrla Ukraynaya yardımı, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi planlarını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Ukraynaya təcavüzü, Ukraynaya hərbi yardımın davam etdirilməsinin vacibliyi, habelə bu ölkədəki vəziyyətə görə evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insana humanitar yardım göstərilməsi barədə geniş söhbət aparıblar.

Onlar həmçinin Rusiyanın işğalı nəticəsində qlobal ərzaq təhlükəsizliyinə yaranan təhlükəni müzakirə ediblər.İştirakçılar Rusiya Federasiyasını məsuliyyətə cəlb etmək üçün əlavə sanksiyalar və digər tədbirlər planlarını razılaşdırıblar”, - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi