Berlində toqquşmalar zamanı yaralanan polislərin sayı 93 nəfərə çatıb

Berlində toqquşmalar zamanı yaralanan polislərin sayı 93 nəfərə çatıb Almaniyanın paytaxtı Berlində keçirilən 1 may nümayişində baş vermiş toqquşmalar zamanı xəsarət alan polis əməkdaşlarının sayı 93 nəfərə çatıb
Digər ölkələr
2 May , 2021 23:58
Berlində toqquşmalar zamanı yaralanan polislərin sayı 93 nəfərə çatıb

Almaniyanın paytaxtı Berlində keçirilən 1 may nümayişində baş vermiş toqquşmalar zamanı xəsarət alan polis əməkdaşlarının sayı 93 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, toqquşmalarla bağlı 354 nəfər saxlanılıb.

Xatırladaq ki, dünən Berlində 20-dən çox mitinq və nümayiş olub. Noykölln-Kroyzberq regionunda 8-10 min nəfərin iştirak etdiyi nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarına doğru polis əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma yaranıb. Nümayişçilər polislərə daş, pirotexnik vasitələr və şüşə butulkalar atıblar.

Son xəbərlər

Orphus sistemi