Berlində terrorizmdə şübhəli bilinən 2 Türkiyə vətəndaşı saxlanılıb

Berlində terrorizmdə şübhəli bilinən 2 Türkiyə vətəndaşı saxlanılıb Saxlanılan şəxslər Suriyada terror aktlarının hazırlanması, eləcə də İŞİD-ə yeni tərəfdaşların cəlb olunmasında ittiham olunurlar
Digər ölkələr
16 Yanvar , 2015 14:30
Berlində terrorizmdə şübhəli bilinən 2 Türkiyə vətəndaşı saxlanılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Berlində miqyaslı polis əməliyyatı zamanı 2 nəfər saxlanılıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Berlin Baş Prokurorluğunun nümayəndəsi bildirib. O, qeyd edib ki, saxlanılan şəxslər Suriya ərazisində böyük terror aktlarının hazırlanması, eləcə də "İslam Dövləti" terror qruplaşmasına yeni tərəfdaşların cəlb olunmasında ittiham olunurlar.

Söhbət Türkiyə pasportlarının sahibləri 41 yaşlı İsmət D. və 43 yaşlı Emin F. -dən gedir. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslər AFR-dən Suriyaya terror aktı üçün gedənlərə təşkilati və maliyyə yardımı göstərib. 

Son xəbərlər

Orphus sistemi