Berlində partlayıcı maddə quraşdırılmış avtomobil partladılıb

Digər ölkələr
  • 15 mart, 2016
  • 11:14
Berlində partlayıcı maddə quraşdırılmış avtomobil partladılıb

Bakı. 15 mart. REPORT.AZ/ Berlində minik maşını partladılıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Yerli polisin məlumatına görə, avtomobildə partlayıcı olduğu ehtimal edilir.

Maşında olan və ölən şəxsin kimliyi hələlik məlum deyil.