Yuxarı

Berlində miqrantlara dəstək aksiyasına 300 nəfər qoşulub

Aksiya iştirakçıları Avropada ksenofobiya hallarının artdığından narahat olduqlarını dilə gətiriblər

Bakı. 24 sentyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində ötən axşam ölkə rəhbərliyinin qaçqın və miqrant siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, nümayişdə 300-ə yaxın insan iştirak edib.

Avropada ksenofobiya hallarının artdığından narahat olduqlarını dilə gətirən aksiya iştirakçıları "Faşizmi dayandırın", "İnsanlar qanunsuz ola bilməz", “Daxili İşlər Nazirliyi yalan danışır” kimi şüarlar səsləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi