Almaniyada etiraz aksiyasında onlarla polis əməkdaşı xəsarət alıb

Almaniyada etiraz aksiyasında onlarla polis əməkdaşı xəsarət alıb Almaniyanın paytaxtı Berlində hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı koronavirus məhdudiyyətləri əleyhdarlarının nümayişinin gedişatında xəsarət alıb
Digər ölkələr
23 Aprel , 2021 04:34
Almaniyada etiraz aksiyasında onlarla polis əməkdaşı xəsarət alıb

Almaniyanın paytaxtı Berlində hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı koronavirus məhdudiyyətləri əleyhdarlarının nümayişinin gedişatında xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Berlin polisi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

"20 əməkdaş zərər çəkib", - Berlin polisinin tvitter hesabı bildirib.

Qeyd edilir ki, asayiş keşikçiləri 231 nümayişçini saxlayıb.

Aksiyaya 9-10 minə qədər insan toplaşıb. Onlardan bir çoxu qoruyucu maskalardan istifadə etməyib. Bəzi nümayişçilər polisə daş və butulkalar atıblar.

Son xəbərlər

Orphus sistemi