Berlin aeroportlarının əməkdaşları 25 saatlıq etiraz tətilinə başlayıb

Berlin aeroportlarının əməkdaşları 25 saatlıq etiraz tətilinə başlayıb "Tegel" və "Şönefeld" aeroportlarının əməkdşaları bu gün işi dayandırıb
Digər ölkələr
13 Mart , 2017 10:30
Berlin aeroportlarının əməkdaşları 25 saatlıq etiraz tətilinə başlayıb
EPA/Vostok-Photo

Bakı. 13 mart. REPORT.AZ/ Berlinin "Tegel" və "Şönefeld" aeroportlarının əməkdşaları bu gün əmək haqqlarının qaldırılması tələbi ilə 25 saatlıq etiraz tətilinə başlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yerdə xidmət üzrə həmkarlar ittifaqının nümayəndəsi hava limanlarının demək olar, bütün reysləri dayandırdığını bildirib. Bu isə "Tegel"də 448, "Şpnefeld"də 194 reys deməkdir.

Etiraz tətili yerli vaxtla bu gün səhər saat 04:00-da başlayıb və sabah səhər 05:00-dək davam edəcək.

Artıq Almaniyanın aparıcı aviadaşıyıcısı "Lufthansa" martın 13-də Frankfurt və Münhendən Berlinə uçuşları ləğv etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi