Yuxarı

Benqal körfəzində Hindistan HDQ-nin gəmisi batıb

Ən azı 1 nəfər ölüb, dörd nəfər itkin düşüb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Hindistanın cənub-şərq sahillərində Vişakhapatnam şəhəri yaxınlığında Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisi batıb. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.

İnsident nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər itkin düşüb. Qəza anında gəminin göyərtəsində 28 nəfər olub, onlardan 23 nəfəri xilas edilib.

Qəzaya gəminin bölmələrinin birində dəliyin olması səbəb olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi