Belqradda etirazlar zamanı 43 polis və 17 nümayişçi yaralanıb

Belqradda etirazlar zamanı 43 polis və 17 nümayişçi yaralanıb Belqradda komendant saatı tətbiq edilməsinə qarşı keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında toqquşma olub
Digər ölkələr
8 İyul , 2020 11:17
Belqradda etirazlar zamanı 43 polis və 17 nümayişçi yaralanıb

Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar komendant saatı tətbiq edilməsinə qarşı dünən gecə keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında toqquşma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin rəisi Vladimir Rebiç Serbiya Milli Televiziyasının (RTS) efirində bildirib.

Onun sözlərinə görə, polis vəziyyəti nəzarət altına alıb.

“Bir neçə saat davam edən iğtişaşları nəzarət altına ala bildik. Toqquşmalarda 43 polis əməkdaşı ağır yaralanıb. Etirazçılar arasında da xəsarət alanlarlar var. Bizdə olan məlumata görə, 17 nümayişçi yaralanıb”, - V.Rebiç söyləyib.

Son xəbərlər

Orphus sistemi