Belfastdakı iğtişaşlar zamanı polislər də xəsarət alıb

Belfastdakı iğtişaşlar zamanı polislər də xəsarət alıb Qaçırılan bir avtomobil polislərin üzərinə sürülüb
Digər ölkələr
9 Aprel , 2021 19:58
Belfastdakı iğtişaşlar zamanı polislər də xəsarət alıb

Şimali İrlandiya regionunun paytaxtı Belfastda ötən gün axşam baş verən iğtişaşlar zamanı 20 polis əməkdaşı xəsarət alıb.

“Report” Şimali İrlandiya Polis Xidmətinə (PSNİ) istinadən xəbər verir ki, hadisələr zamanı etirazçı gənclər polisə Molotov kokteyli, şüşə qabları, fişənglər, daş parçaları atıblar.

Həmçinin qaçırılan bir avtomobil polislərin üzərinə sürülüb.

Polis də kütləni dağıtmaq üçün su şırnaqları tətbiq edib. İğtişaş törədənlərdən 32 və 24 yaşlı iki nəfər saxlanılıb.

“Ötən həftədən bu yana bütövlükdə 74 nəfər əməkdaşımız bu zorakı hücumlar zamanı xəsarət alıb. Bu hərəkətlər dayandırılmalıdır”, - deyən polis rəisinin köməkçisi Conatan Roberts valideynləri övladlarına bu kimi işlərə qoşulmağın hansı nəticələrə gətirib çıxaracağını başa salmağa çağırıb.

Qeyd edək ki, "Brexit" şərtlərinə görə Şimali İrlandiya ilə Birləşmiş Krallığın qalan hissəsi arasında tətbiq olunan ticarət əngəllərilə bağlı milətçi "Sinn Fein" partiyası ilə Demokratik Birlikçi Partiyası (DUP) arasında yaranan ziddiyyətlər son nəticədə iğtişaşlara gətirib çıxarıb. Şimali İrlandiyanın ədliyyə naziri Naomi Lonq, regionun hökuməti başçısı Maykl Martin, Böyük Britaniyanın baş naziri Boris Conson hadisələrdən narahatlıq ifadə edərək tərəfləri dialoqa dəvət ediblər.

Son xəbərlər

Orphus sistemi