Yuxarı

Belçikada polislə atışmanın iştirakçısı olmaqda şübhəli bilinən iki nəfər həbs edilib

Dünən baş vermiş atışmada dörd polis yaralanıb

Bakı. 16 mart. REPORT.AZ/ Belçikada dünən paytaxt Brüsseldə həyata keçirilən antiterror əməliyyatı zamanı polislə atışmanın iştirakçısı olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.

Xatırladaq ki, martın 15-də polisin keçirdiyi əməliyyat zamanı evlərin birində polislə atışma olmuşdu. Nəticədə dörd polis yaralanmışdı.

KİV-in məlumatına görə, əməliyyat noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumunun iştirakçılarıyla bağlı adamın axtarışı məqsədilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi