Belçikada nümayişlərdə iğtişaş törədənlərin məhkəməsi başlayır

Belçikada nümayişlərdə iğtişaş törədənlərin məhkəməsi başlayır Bakı. 4 yanvar. REPORT.AZ/ Ötən il noyabrın 30-da və dekabrın 4-də Belçikanın paytaxtı Brüssel şəhərində “Sarı jiletlilər”in nümayişləri zamanı yaranan iğtişaşların ən fəal iştirakçıları məhkəmə qarşısına çıxarılır.
Digər ölkələr
4 Yanvar , 2019 19:41
Belçikada nümayişlərdə iğtişaş törədənlərin məhkəməsi başlayır

Bakı. 4 yanvar. REPORT.AZ/ Ötən il noyabrın 30-da və dekabrın 4-də Belçikanın paytaxtı Brüssel şəhərində “Sarı jiletlilər”in nümayişləri zamanı yaranan iğtişaşların ən fəal iştirakçıları məhkəmə qarşısına çıxarılır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, ilk dörd müttəhim təqsirkar bilinərsə, onları 5 ilədək həbs cəzası gözləyir. Məhkəmənin yaxın həftələr ərzində qərar çıxaracağı gözlənilir.

Xatırladaq ki, Brüsseldə “Sarı jiletlilər”in keçirdikləri kütləvi etiraz aksiyaları polislə toqquşmalarla, onlarla iştirakçının isə inzibati qaydada saxlanılması ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi