Belçikada karnaval yürüşünün iştirakçılarının üzərinə avtomobilin sürülməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, yaralanan 10 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Prokurorluğun məlumatına görə, 1988 və 1990-cı il təvəllüdlü iki yerli sakin saxlanılıb.
Hadisənin terror aktı olması istisna olunur.
Belçikanın Eno əyalətinin Strepi-Brakni rayonunda naməlum şəxs avtomobili insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı RTVF telekanalı yayıb.
Bildirilib ki, 7 nəfər ağır yaralanıb, 15 nəfər isə yüngül xəsarət alıb.
Məlumata görə, avtomobildə olan şəxslər saxlanılıblar.