Belçikada koronavirusa yoluxanların sayı 44 mini ötdü

Belçikada koronavirusa yoluxanların sayı 44 mini ötdü Belçikada son sutkada koronavirusdan daha 190 ölüm hadisəsi qeydə alınıb.
Digər ölkələr
24 Aprel , 2020 14:08
Belçikada koronavirusa yoluxanların sayı 44 mini ötdü

Belçikada son sutkada koronavirusdan daha 190 ölüm hadisəsi qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belçika Səhiyyə Nazirliyinin COVID-19-a Qarşı Mübarizə Qərargahı yayıb.

Bildirilir ki, 91 pasiyent xəstəxanada, 97 nəfər isə qocalar evində vəfat edib.

Məlumata görə, son sutkada daha 1 496 yoluxma faktı qeydə alınıb. Bununla da Belçikada koronavirusa yoluxanların sayı 44 293-ə, ölənlərin sayı 6 679-a yüksəlib. 

Ölkədə pandemiya ilə əlaqədar sosial təcrid mayın 3-dək davam edəcək. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 737 000-i ötüb. Bunların 751 830 nəfəri sağalıb, 191 423 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi