Belçikada iğtişaş baş verib: 100-dən çox insan polisə hücum edib - VİDEO

Belçikada iğtişaş baş verib: 100-dən çox insan polisə hücum edib - VİDEO Brüsselin mərkəzində gənclər polislərə hücum ediblər
Digər ölkələr
15 Noyabr , 2017 21:59
Belçikada iğtişaş baş verib: 100-dən çox insan polisə hücum edib - VİDEO

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Brüsselin mərkəzində kütləvi iğtişaş baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, Mone meydanında olan mağaza və avtomobillər iğtişaşçıların hücumuna məruz qalıb.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları artıq iğtişaş iştirakçılarını mərkəzdən uzaqlaşdıra biliblər. Hadisə yerinə federal polisin iğtişaşlarla mübarizə qüvvələri cəlb olunub. Vəziyyət nəzarətə götürülüb, üç nəfər saxlanılıb.

RTBF telekanalının məlumatına görə, təqribən 100-dən çox gəncdən ibarət kütlə Belçika paytaxtının mərkəzində polisə hücum edib, ardınca isə mağaza piştaxtalarına və avtomobillərə zərər yetiriblər. Şəhər mərkəzində fəaliyyət göstərən metrostansiya bağlanıb.

Son xəbərlər

Orphus sistemi