Belçikada hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Belçikada hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB Bunlar Belçika vətəndaşları İbrahim və Xalid Bəkravidir
Digər ölkələr
23 Mart , 2016 11:15
Belçikada hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Bakı. 23 mart. REPORT.AZ/ Brüsseldə hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub.

"Report" "əl-Ərəbiyə"yə istinadən xəbər verir ki, bunlar Belçika vətəndaşları İbrahim və Xalid Bəkravidir. Digər terrorçunun adının isə Nacim Laaşraui olduğu və onun polis tərəfindən axtarıldığı qeyd edilib. 

Xatırladaq ki, martın 22-də Brüsseldə törədilən terror aktı nəticəsində 33 nəfər həlak olub, 250-dən artıq insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi