Belçikada son sutkada koronvirusa 1 422 yoluxma faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belçika Səhiyyə Nazirliyinin Böhran Qərargahı yayıb.
Bildirilib ki, bununla da krallıq üzrə yoluxanların ümumi sayı 16 770-ə çatıb.
Məlumata görə, daha 132 nəfər ölüb, 578 nəfər xəstəxanaya yerləşdirilib, 377 nəfər isə hospitaldan buraxılıb.
Qeyd edək ki, Belçikanın sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir.