Belçikada 1 aprel zarafatı toqquşmalara səbəb olub, 100 nəfər saxlanılıb

Belçikada 1 aprel zarafatı toqquşmalara səbəb olub, 100 nəfər saxlanılıb Belçikanın paytaxtı Brüsselin “Bua de lya Kamp” parkında kütləvi qarışıqlıqların gedişatında polis əməkdaşları da daxil olmaqla, onlarla insan xəsarət alıb
Digər ölkələr
1 Aprel , 2021 23:47
Belçikada 1 aprel zarafatı toqquşmalara səbəb olub, 100 nəfər saxlanılıb

Belçikanın paytaxtı Brüsselin “Bua de lya Kamp” parkında kütləvi qarışıqlıqların gedişatında polis əməkdaşları da daxil olmaqla, onlarla insan xəsarət alıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, qarışıqlıqlara səbəb 1 aprel zarafatı olub. Belə ki, sosial şəbəkələrdə hansısa konsertin planlaşdırıldığı barədə yalan məlumat yayılıb. Nəticədə parka 5 mindən çox insan toplaşıb.

Polis bir neçə saat ərzində səsucaldanlar vasitəsilə sakinləri parkı tərk etməyə çağırıb, ancaq buna cavab olaraq bəzi şəxslər asayiş keşikçilərini təhqir ediblər və azadlığa çağırış şüarları səsləndiriblər. Parka toplaşanlar həmçinin polisə butulkalar və şüşə qablar (bankalar-red) atıblar. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) parka xüsusi təyinatlı polis dəstələri gəlib, asayiş keşikçiləri yanğın nasosu və atlı polis dəstəsinin köməyi ilə parka toplaşanları sıxışdırıb çıxarmağa başlayıb.

Gənclər polis əməkdaşlarına müqavimət göstəriblər, parkın müxtəlif hissələrində toqquşmalar başlayıb. VRT telekanalının ilkin informasiyasına görə, polis 100 nəfəri saxlayıb, toqquşmalar zamanı onlarla insan xəsarət alıb. Xəsarət alanlar arasında polis əməkdaşları da var, onlar xəstəxanaya yerləşdirilib.

Son məlumatlara görə, park polis tərəfindən əhatəyə alınıb və ora toplaşanların hamısı ərazidən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi