Belçika Kralı Filip iyunun 9-da keçirilən parlament seçkilərində partiyası uduzan hazırkı Baş nazir Aleksandr De Kroonun hökumətinin istefasını qəbul edib.
"Report" xəbər verir ki, bu barədə RTBF mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Baş nazir istefa ərizəsini iyunun 10-da Belçika kralına təqdim edib və o, bunu qəbul edib.
Qeyd edək ki, Baş nazir Aleksandr De Kroonun rəhbərlik etdiyi Belçika hökuməti dünən parlament seçkilərində təmsil etdiyi “Open VLD” partiyasının ağır məğlubiyyətindən sonra istefa vermək qərarına gəlib. Bununla belə, Belçikada hakim koalisiyanın yaradılması prosesi aylar çəkdiyi üçün De Kroo uzun müddət səlahiyyətlərini icra edəcək. Bütün bu müddət ərzində istefaya göndərilən kabinet öz funksiyalarını “cari işlər” rejimində yerinə yetirməkdə davam edəcək.