Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq

Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq Belarusun Fransadakı səfirliyi mayın 27-dən iyunun 7-dək konsulluq xidmətlərinin göstərilməsini məhdudlaşdıracaq.
Digər ölkələr
22 May , 2024 08:22
Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq

Belarusun Fransadakı səfirliyi mayın 27-dən iyunun 7-dək konsulluq xidmətlərinin göstərilməsini məhdudlaşdıracaq.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında deyilib.

“2024-cü il mayın 27-dən iyunun 7-dək Belarusun Fransadakı səfirliyi tərəfindən konsulluq xidmətlərinin göstərilməsi məhdudlaşdırılacaq. Bu müddət ərzində vətəndaşların şəxsi qəbulu olmayacaq. Poçtla göndərilən müraciətlərə baxılması da dayandırılıb”, – məlumatda diqqətə çatdırılıb.

Təcili məsələlərlə bağlı diplomatik nümayəndəlik Belarusun Belçikadakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi