Belarusun Vitebsk şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 15 nəfər xəsarət alıb, 2 nəfərin vəziyyəti ağırdır.
“Report” TASS-a istinadən xəbər verirki, bunu Vitebsk vilayətinin səhiyyə üzrə baş idarəsinin rəisi Mixail Vişnevetski açıqlayıb.
“Belarus” ticarət mərkəzində baş verən yanğından sonra Vitebsk şəhərinin müalicə müəssisələrinə 15 nəfər müraciət edib, onlardan 9-u təcili tibbi yardım maşınları ilə çatdırılıb. 12 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfər ambulator müalicə alır. Vitebsk Vilayət Klinik Xəstəxanasının reanimasiya şöbəsində olan iki xəstənin vəziyyəti ağırdır”, – Vişnevetski STV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, həkimlər xəstələrin vəziyyətini tez bir zamanda sabitləşdirmək üçün bütün müalicə və diaqnostik tədbirləri həyata keçirirlər.