Belarusda prezident səlahiyyətlərinin müddətinin artırılması təklif edilib

Belarusda prezident səlahiyyətlərinin müddətinin artırılması təklif edilib Liberal Demokrat Partiyası bütün səviyyələrdə deputat seçkilərinin proporsional-majoritar sistem üzrə keçirilməsini təklif edir
Digər ölkələr
23 Noyabr , 2016 14:03
Belarusda prezident səlahiyyətlərinin müddətinin artırılması təklif edilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Belarusun Liberal Demokrat Partiyası (LDP) seçki sisteminin dəyişdirilməsi və prezidentin səlahiyyətlərinin müddətinin artırılması ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin məlumatında deyilir.

"Respublikanın Ali Şurasında və Milli Məclisin Nümayəndələr Palatasınındakı nümayəndəliyimizdən istifadə edərək, 2018-ci ildə yerli Deputatlar Şurası seçkiləri ilə eyni vaxtda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik" - partiyadan bildiriblər.

LDP bütün səviyyələrdə deputat seçkilərinin proporsional-majoritar sistem üzrə keçirilməsini, eləcə də Respublika Şura üzvlərinin, Milli Məclisin Nümayəndələr Palatasının və yerli Deputatlar Şurası deputatlarının səlahiyyət müddətinin 4 ildən 5 ilə qədər, ölkə prezidentinin səlahiyyət müddətinin isə 5 ildən 7 ilə qədər artırılmasını təklif edir.

Partiya nümayəndələrinin fikrincə, bu dəyişikliklər Belarusun siyasi sistemini gücləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi