Belarusda növbədənkənar prezident seçkiləri keçiriləcək

Belarusda növbədənkənar prezident seçkiləri keçiriləcək Bu gün Belarusda 5,5 mindən çox seçki məntəqəsində növbədənkənar prezident seçkilərində səsvermə başlayacaq.
Digər ölkələr
4 Avqust , 2020 04:42
Belarusda növbədənkənar prezident seçkiləri keçiriləcək

Bu gün Belarusda 5,5 mindən çox seçki məntəqəsində növbədənkənar prezident seçkilərində səsvermə keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə TASS bildirib. Qeyd edilir ki, məntəqələrdən 44-ü ölkədən xaricdə yaradılıb.

Seçkilərin başlanması dövlət başçısının Belarus xalqına və parlamentə müraciəti ilə üst-üstə düşüb. Aleksandr Lukaşenko ilk dəfə ənənədən kənar olaraq Hökumət Evinin Oval zalında vətəndaşlara müraciət etməyəcək. Dövlət başçısının müraciəti Respublika Sarayında baş tutacaq. Güman edilir ki, zalda təxminən 2,5 min nəfər olacaq. Lukaşenkonun ən yaxın beş ildə ölkənin inkişafı üzrə öz planlarını açıqlayacağı gözlənilir.

"Seçki məntəqələri növbədənkənar səsvermə üçün seçiciləri qəbul etməyə hazırdır", - deyə respublikanın Mərkəzi Seçki Komissiyası Aparatının əməkdaşı İvan Tolkaç qeyd edib. O bildirib ki, artıq bütün məntəqələrə bülletenlər çatdırılıb. "Səsvermənin keçiriləcəyi bütün binalar daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz mühafizə altına alınıb” – Tolkaç deyib.

Mərkəzi Seçki Komissiyası Aparatının əməkdaşı xatırladıb ki, seçkilərə səsvermə üçün 5 767 məntəqə yaradılıb. Seçki məntəqələrindən 231-i sanatoriyalarda, profilaktoriyalarda, istirahət evlərində, xəstəxanalarda fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi