Belarusa qaçan polşalı əsgərə cinayət işi açılıb

Belarusa qaçan polşalı əsgərə cinayət işi açılıb Polşadan Belarusa qaçan əsgərə qarşı “Fərarilik” maddəsi ilə cinayət işi açılıb.
Digər ölkələr
18 Dekabr , 2021 05:41
Belarusa qaçan polşalı əsgərə cinayət işi açılıb

Polşadan Belarusa qaçan əsgərə qarşı “Fərarilik” maddəsi ilə cinayət işi açılıb.

“Report” xəbər verir ki, bu barədə Polşa Hərbi Jandarma İdarəsi tviterdə məlumat yayıb.

Adı açıqlanmayan əsgər bir ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onun hansı səbəbdən sərhədi pozaraq Belarusa keçdiyi açıqlanmır.

Artıq Belarusa qaçan polşalı əsgərin komandirləri işdən çıxarılıb. Polşalı hərbçi Belarusdan siyasi sığınacaq da istəyib.

Son xəbərlər

Orphus sistemi