Belarus-Rusiya hərbi təlimlərində Qarabağ döyüşləri təcrübəsi nəzərə alınıb

Belarus-Rusiya hərbi təlimlərində Qarabağ döyüşləri təcrübəsi nəzərə alınıb Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri komandanının birinci müavini, Baş Qərargah rəisi general-mayor Andrey Qurseviç martın 16-18-də Rusiya ilə birlikdə reallaşan təlimin iştirakçılarının döyüş əməliyyatlarının planlaşdırılması hərəkətlərini və müşt
Digər ölkələr
19 Mart , 2021 08:49
Belarus-Rusiya hərbi təlimlərində Qarabağ döyüşləri təcrübəsi nəzərə alınıb

Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri komandanının birinci müavini, Baş Qərargah rəisi general-mayor Andrey Qurseviç martın 16-18-də Rusiya ilə birlikdə reallaşan təlimin iştirakçılarının döyüş əməliyyatlarının planlaşdırılması hərəkətlərini və müştərək qərargah müddətində bütün vəzifələrin yüksək səviyyədə hazırlanmasını yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə Belarusun BELTA agentliyinə Müdafiə Nazirliyindən bildirilib.

"Təlimə Hərbi Hava Qüvvələrinin 6 A operativ qrupu, Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələri, Cənub Hərbi Dairəsi və Rusiya Federasiyasının Silahlı Qüvvələri cəlb edilmişdi. Təlimlərin gedişində Belarus və Rusiya hərbi qüvvələrinin regional qruplaşmasının müdafiə əməliyyatındakı qüvvələrinin istifadəsinin planlaşdırılması, Rusiyanın Kosmik Hava Qüvvələri aviasiyasının Belarusun aerodromlarına yenidən yerləşdirilməsi, birləşmələrə və hərbi hissələrə nəzarət Vahid Regional Hava Müdafiə Sistemi, həmçinin birlik dövlətlərinin qərb sərhədinin müdafiə əməliyyatı əsnasında havada müdafiəsi yerinə yetirilib”, - deyə xəbərdə bildirilir.

Planlaşmanın gedişatında Qarabağda və Suriyada döyüş əməliyyatları təcrübəsi nəzərə alınıb. Qeyd edilir ki, birgə təlim hərbi komandanlıq və nəzarət orqanlarının, hərbi birləşmələrin və hərbi hissələrin hərəkətlərinin uyğunluğunu və yüksək vəzifəli şəxslərin hazırlıq səviyyəsini artırmağa imkan verib.

Son xəbərlər

Orphus sistemi