Belarus-Polşa sərhədindəki vəziyyət BMT TŞ-da müzakirə edilə bilər

Belarus-Polşa sərhədindəki vəziyyət BMT TŞ-da müzakirə edilə bilər Bir sıra Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında Belarus-Polşa sərhədindəki vəziyyətlə bağlı iclas keçirməyi xahiş edib.
Digər ölkələr
10 Noyabr , 2021 22:23
Belarus-Polşa sərhədindəki vəziyyət BMT TŞ-da müzakirə edilə bilər
0 : 00
0 : 00

Bir sıra Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında Belarus-Polşa sərhədindəki vəziyyətlə bağlı iclas keçirməyi xahiş edib.

“Report” xəbər verir ki, bu barədə “TASS” BMT Təhlükəsizlik Şurasındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, təşəbbüs Fransa, İrlandiya və Estoniya tərəfindən irəli sürülüb.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır. Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantla arasında qarşıdurma yaranıb.

Son xəbərlər

Orphus sistemi