Yuxarı
    Bağlamaq

    ​Belarus parlamenti yeni baş nazirin təyinatına razılıq verib

    Andrey Kobyakov 2010-cu ildən Nazirlər Kabinetinə başçılıq edən Mixail Myasnikoviçi əvəz edəcək

    Bakı. 15 yanvar. REPORT.AZ/ Belarus parlamentinin Aşağı Palatası ölkə prezidenti Aleksandr Lukaşenkoya Andrey Kobyakovu baş nazir vəzifəsinə təyin etməsinə icazə verilməsini təsdiqləyib.

    "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, məsələ ilə bağlı səsvermə Aşağı Palatanın növbədənkənar iclasında keçirlib.

    Andrey Kobyakov 2010-cu ildən Nazirlər Kabinetinə başçılıq edən Mixail Myasnikoviçi əvəz edəcək.

    Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2014-cü il dekabrın 27-də 54 yaşlı A.Kobyakovun baş nazir postuna təyin edilməsi haqda fərman imzalayıb. Ölkə konstitusiyasına uyğun olaraq, iki həftə ərzində Aşağı Palata bu təyinata razılıq verməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi