Yuxarı

​Belarus ərazisindən Kalininqradda istehsal olunan elektron məhsulların aparılmasını dayandırıb

İki şirkətin malları bu yolla Rusiyanın başqa şəhərlərinə daşınır

Bakı. 22 dekabr. REPORT.AZ/ Belarus Kalininqrad vilayətindən elektron məhsullarının ərazisindən keçməklə Rusiyaya daşınmasını dayandırıb.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "GS Group" Holdinqinin marketinq üzrə direktoru Andrey Bezrukov bildirib.

Kalininqraddakı "GS Group" və "Teledebat" şirkətlərinin istehsal etdikləri elektron məhsulları Belarusdan keçərək, maşınla Rusiyanın müxtəlif şəhərlərinə tədarük edilir.

"Şirkətlərin rəhbərlikləri Belarusun Gömrük Xidmətindən məsələ ilə bağlı heç bir bildiriş almayıb. Heç bir səbəb göstərmədən sadəcə olaraq, maşınları gömrükdən buraxmayıblar", - A.Bezrokov bildirib.

O, nəzərdə tutulmuş qaydaya əsasən, gömrük rüsumlarını vaxtında ödədiklərini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi