Yuxarı

​Bəhreyndə polisə hücum etmiş 11 nəfərlik dəstə zərərsizləşdirilib

Cinayəti törədənlərin əksəriyyətini yuxarı sinif şagirdləri və tələbələr təşkil edir

Bakı. 30 aprel. REPORT.AZ/ Bəhreyn polisi paytaxt Manamanın yaxınlığındakı Karbabadda polis əməkdaşlarına hücuma iştirakda şübhəli bilinən 11 nəfəri həbs edib. "Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "RİA Novosti" xəbər yayıb.

Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, cinayəti törətməkdə şübhəli şəxs qismində həbs edilənlərin əksəriyyətini yuxarı sinif şagirdləri və tələbələr təşkil edir.

Saxlananların bir hissəsi polis patrullarının yerdəyişməsini izləyib, digər hissə yandırıcı maddələrin istehsalıyla məşğul olub.

Xatırladaq ki, bir neçə gün əvvəl polis əməkdaşlarına hücum nəticəsində bir asayiş keşikçisi həlak olub, iki nəfər ağır yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi