Bəhreyndə dini mərasim zamanı partlayış olub, 5 polis yaralanıb

Bəhreyndə dini mərasim zamanı partlayış olub, 5 polis yaralanıb Hadisə şiələr yaşayan əl-Bdiyə rayonunda baş verib
Digər ölkələr
3 Oktyabr , 2017 03:54
Bəhreyndə dini mərasim zamanı partlayış olub, 5 polis yaralanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bəhreynin paytaxtı Manamanın şiələr yaşayan ərazisində baş verən partlayış nəticəsində 5 polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayış şiələrin 3-cü İmamı Hüseynin (ə) faciəvi ölümünün ildönümü münasibəti ilə Əl-Bdiyə rayonunda keçirilən yürüş zamanı baş verib.

Polis insidentin araşdırılmasına başlayıb.

Son xəbərlər

Orphus sistemi