Bəhreyndə Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi toqquşub
Bəhreyndə Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi toqquşubBöyük Britaniyanın iki minaaxtaran gəmisi krallığın Bəhreyndəki dəniz bazasındakı limanda toqquşub.
“Bəhreyndə iki minaaxtaran gəminin iştirakı ilə baş vermiş insidentdən xəbərdarıq. Hadisə nəticəsində heç kim xəsarət almayıb və olayla bağlı təhqiqat başa çatmamış əlavə şərh vermək doğru olmaz”, – Britaniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü nəşrin sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, sosial şəbəkədə yayılmış görüntülərdə “HMS Chiddingford”un geriyə gedərkən gəminin dal tərəfi ilə “HMS Bangor”ın göyərtəsinin sol hissəsinə çırpıldığı görünüb. Birinci gəmi “Hunt” sinifinə aiddir və 1984-cü ildə istismara buraxılıb, ikincisi isə “Sandown” sinfinə aiddir və 1999-cu ildən xidmətdədir.