​BBC: Londonda müsəlmanalara qarşı törədilən cinayətlər 70 faiz artıb

​BBC: Londonda müsəlmanalara qarşı törədilən cinayətlər 70 faiz artıb "Belə cinayətlərin qurbanlarının 60 faizi qadınlar olub"
Digər ölkələr
7 Sentyabr , 2015 12:32
​BBC: Londonda müsəlmanalara qarşı törədilən cinayətlər 70 faiz artıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Londonda müsəlmanlara nifrət əsasında törədilən cinayətlərin sayı ötən illə müqayisədə 70 faiz artıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu London şəhər polis idarəsi bildirib.

Cari ilin iyul ayına qədər ötən bir ildə (2014-cü ilin iyulundan 2015-ci ilin iyulunadək ) islamafobiya əsasında 816 cinayət törədilib ki, əvvəlki hesabat ilində bu rəqəm 478 olub.

"TellMother" adlı hüququ müdafiə təşkilatının müsəlmanlara hücumla bağlı keçirdiyi montorinqin nəticələrinə əsasən, belə cinayətlərin qurbanlarının 60 faizi qadınlar olub.

Təşkilat bildirib ki, qadınlar daha çox hicabla bağlı təcavüzə məruz qalırlar. Statistikaya görə, saytda izlənmək, küçə basqını da törədilən cinayətin formalarındandır.

Son xəbərlər

Orphus sistemi