BBC Çinin ona məxsus telekanalın yayımına qadağa qoymasına münasibət bildirib

BBC Çinin ona məxsus telekanalın yayımına qadağa qoymasına münasibət bildirib BBC Çin Xalq Respublikasının öz ərazisində “BBC World News” telekanalının yayımını qadağan etməsindən məyus olub
Digər ölkələr
11 Fevral , 2021 22:25
BBC Çinin ona məxsus telekanalın yayımına qadağa qoymasına münasibət bildirib

Britaniyanın BBC yayım korporasiyası Çin Xalq Respublikasının öz ərazisində “BBC World News” telekanalının yayımını qadağan etməsindən məyus olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

"Biz Çin hakimiyyətinin belə yol seçmək barədə qərar qəbul etməsindən məyus olduq”, - BBC-nin bəyanatında deyilir.

Şirkət bildirib ki, dünyada bütün xəbər yaymçıları arasında ən böyük etibardan istifadə edir və bütün hadisələr haqqında dürüst, qərəzsiz, heç nədən qorxmadan və heç kəsə üstünlük vermədən məlumat verir.

Qeyd edək ki, Çinin Milli Radio və Televiziya İdarəsi (“National Radio and Television Administration, NRTA”) daha əvvəl bildirib ki, “BBC World News” etibarlılıq və qərəzsizlik prinsipini pozur. Bu səbəbdən tənzimçi növbəti il telekanalın yayım sifarişini qəbul etməyəcək.

Son xəbərlər

Orphus sistemi